Almaniya Xarici İşlər Nazirliyi Yaxın Şərqdə artan gərginlik fonunda ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

"Biz indi tərəfdaşlarımızla birlikdə diplomatik kanallar vasitəsilə Yaxın və Orta Şərqdə vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi edirik. Bu bölgədəki Alman vətəndaşları təhlükəsizlik təlimatlarımıza diqqət yetirməlidirlər. İran, İsrail və Fələstin ərazilərinə səfərlər barədə xəbərdarlıq və İran üçün almanların ölkəni tərk etmələri tələbi var", - Almaniya XİN öz saytında bildirib.

Almaniyanın İran və digər Yaxın Şərq ölkələrindəki səfirliklərinin ehtiyat tədbirləri gördüyü bildirilir.

Qeyd edək ki, bundan əvvəl Fransa da oxşar bəyanatla vətəndaşlarına müraciət edib. 

Ağarza Elçinoğlu