Bu gün KTMT Hərbi Şurasının iclasında alyansın müştərək hava qüvvələrinin inkişafı və Mərkəzi Asiya regionunda hava hücumundan müdafiə sisteminin təşkili müzakirə edilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

Onun sözlərinə görə, KTMT ölkələrinin hərbi rəhbərləri KTMT qoşunlarının təlim təcrübəsinə qabaqcıl döyüş təcrübəsinin tətbiqi ilə bağlı razılığa gəliblər. Görüşə yekun vuran Gerasimov qeyd edib ki, KTMT Hərbi Komitəsinin sessiyası praktiki və konstruktiv atmosferdə keçib və nəticələr hərbi təhlükəsizliyin mütərəqqi inkişafına və möhkəmləndirilməsinə töhfə verəcək.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, iclasda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan silahlı qüvvələrinin baş qərargahlarından ibarət nümayəndə heyətləri, birgə qərargahın və KTMT Katibliyinin nümayəndələri iştirak ediblər.

Sessiyada Ermənistan Baş Qərargahının nümayəndələri iştirak etməyiblər.

Ağarza Elçinoğlu