Vyetnamın ən zəngin qadınlarından biri olan 67 yaşlı Truonq May Lan haqqında ölüm hökmü çıxarılıb.

"Unikal" xəbər verir ki, buna səbəb əmlak maqnatının ölkənin ən böyük banklarından birini 11 il ərzində talaması olub. Belə ki, o, ən azı 42 min insana təsir edən fırıldaqçılıqda ittiham edilib.

Bildirilib ki, Truonq "Saigon Commercial Bank"dan qanunsuz olaraq təxminən 12,5 milyard dollar götürüb. Milyarder 27 milyard dollar geri qaytarmalı imiş, lakin o pulu geri ödəməyib. Bu, 2022-ci il üçün Vyetnamın ümumi qmumi daxili məhsulunun təxminən üç faizinə bərabərdir. 

Onun ailəsi - həyat yoldaşı və bacısı qızı da fırıldaqçılıqda iştirak ediblər və 9 - 17 il müddətinə həbs olunublar.