Jurnalist, “Dojd” telekanalının keçmiş baş redaktoru və yazıçı Mixail Zıqar (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) axtarışa verilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) məlumat bazasında bildirilib. 

“Mixail Viktoroviç Zıqar. 31 yanvar 1981-ci ildə anadan olub. Rusiya Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, - nazirliyin məlumat bazasında yazılıb.

Bununla yanaşı, Daxili İşlər Nazirliyinin saytında ölkədə jurnalistin axtarışının konkret hansı maddə ilə aparıldığı göstərilmir.