Çin sakinində nadir genetik xəstəlik aşkarlanıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, yeniyetməlik illərindən bəri bütün bədənində ağrılı menstruasiya və qabarcıqlardan əziyyət çəkən qızın patoloji "vampir xəstəliyi"ndən əziyyət çəkdiyi məlum olub.

20 yaşlı çinli qadın yeniyetməlik illərindən şiddətli menstrual ağrılardan əziyyət çəksə də, həkimlər onda heç bir patologiya tapmayıblar. Lakin bir neçə il ərzində qızın vəziyyəti xeyli pisləşib. Dövri olaraq onda şiddətli qusmalar, yemək qoxusuna və günəş işığına qarşı həssaslığın artması, dərisinin solğunlaşası, bədənində qabarcıqlar müşahidə olunub. 

Çoxsaylı müayinələrdən sonra həkimlər qızın nadir bir genetik xəstəlikdən - eritropoetik protoporfiriyadan əziyyət çəkdiyini müəyyən ediblər.

Xəstələrin günəşin rənginə qarşı dözümsüzlüyü səbəbindən bu patoloji "vampir xəstəliyi" də adlanır, müasir tibbdə xəstəliyin müalicəsi üçün üsullar yoxdur. 

Həkimlər çinli qadına günəşdə daha az vaxt keçirməyi tövsiyə ediblər.