ABŞ prezidenti Co Bayden İsveçrənin ev sahibliyi etmək niyyətində olduğu Ukrayna üzrə sülh konfransında iştirak etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” (NZZ) qəzeti yazıb. 

Bildirilir ki, bu cür hallarda rəsmi təsdiqlər adətən tədbirdən bir qədər əvvəl edilir. Belə ki, İsveçrə və Ukrayna hələ konfransda iştirak etməli olan tərəflərə dəvət göndərməmişdir.