ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb və bunu Rusiya Federasiyasının xaricdəki “zərərli fəaliyyəti” ilə izah edib.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Amerika prezidentinin qərarı sanksiyaların müddətini daha bir il uzadıb.

Sanksiyalar müddəti uzadılan 6 mart 2014-cü il tarixli 13660 saylı fərman əsasında həyata keçirilir. Fərmanı ilk olaraq Krımdakı vəziyyətlə əlaqədar prezident Barak Obama imzalayıb.