Argentinanın “Atletiko" klubunun futbolçusu Florensiya Qinyasu faciəli şəkildə vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb. 

Xəbərə görə, 30 yaşlı qadın futbolçunu sevgilisi İqnasio Aqustin Notto boğub. Faciə onların Las Kanasdakı (Mendoza əyaləti) mənzilində baş verib. Cütlüyün iki övladı - yeddi yaşlı oğlu və beş yaşlı qızı qalıb. 

Hadisədən sonra futbolçunun sevgilisi də intihar edib. Cəsədləri qonşusu, mənzilin qapısında “Polisə zəng et, uşaqlar təkdir” yazısını görəndən sonra aşkarlayıb.

Argentina Futbol Assosiasiyası və "Atletiko" klubu Qinyasunun vəfatı ilə bağlı yaxınlarına başsağlığı verib.