Baş rollarda Kaan Urgancıoğlu, Pınar Deniz, Uğur Polat, Uğur Aslan və Cezmi Baskın çəkildiyi "Yargı" serialı may ayında ekran macərasına son qoyacaq.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 mövsümdür yayımlanan serial may ayının son həftəsində yayımlanacaq 95-ci bölümlə finala çıxacaq.

"Yargı" "Ay Yapım"ın prestijli layihələri sırasındadır.