Paytaxt sakini qadın şəkillərini sosial şəbəkələrdə yaymaqla hədələyərək ondan 1000 manat pul tələb edən şəxs barəsində polisə müraciət edib.

Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən İlkin Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.