Türkiyənin Küçükçekmece rayonunda fabrikdə yanğın baş verib. 

"Unikal"  xəbər verir ki, Küçükçekmece rayonunda yerləşən xalça fabrikində naməlum səbəbdən yanğın başlayıb. 

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və tibbi yardım qrupları cəlb olunub. Yanğın qısa zamanda söndürülüb. İşçilərin öz imkanları ilə fabrikdən çıxdıqları bildirilib.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Zərifə Nağıyeva