Ukraynanın Odessa və Xarkov vilayətlərində “təhlükəsizlik vəziyyətinin pisləşməsi” ilə əlaqədar Qazaxıstanın ölkədəki səfirliyi öz vətəndaşlarına bu bölgələri tərk etməyi tövsiyə edib.

"Unikal" xəbər verir ki, iplomatik missiyanın məlumatında deyilir:

"Qazaxıstan Respublikasının Ukraynadakı səfirliyi Qazaxıstan vətəndaşlarına bu əraziləri tərk etməyi tövsiyə edir. Ukraynadan Qazaxıstana səyahət etmək üçün səfirlik iki quru marşrutundan istifadə etməyi tövsiyə edir: Polşa və ya Moldova".

Qeyd olunur ki, Polşadan keçmək üçün Qazaxıstan vətəndaşlarına Şengen vizası lazımdır.