Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 5-də gözlənilən Ermənistan-Aİ-ABŞ yüksək səviyyəli görüşünü şərh edib.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, Zaxarova Vaşinqton, Brüssel və İrəvanın bu görüşlərini “narahatlığa” səbəb olduğunu açıqlayıb. 

"Bu cür hadisələr Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas diqqəti yalnız Rusiyaya qarşıdır. Onlar bunu birbaşa, açıq mətnlə deyirlər", - Zaxarova yazıb. 

Rusiyalı diplomat izah edib ki, bu cür görüşlər regionun əksər dövlətlərində narahatlıq doğurur, çünki onlar Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına yönəlməyib. Əksinə, Zaxarovanın fikrincə, onlar Qərbi son dərəcə dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza daha da tanıtmaq, eləcə də orada yeni bölücü xətlər yaratmaq və region ölkələrini anti-Rusiya gündəmi ilə getməyə məcbur etmək məqsədi daşıyır. 

Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, belə görüşlərin məqsədi bu region ölkələri ilə Rusiya arasında çoxəsrlik əlaqələri məhv etməkdir. Zaxarova əlavə edib ki, rəsmi Yerevan nədənsə elə göstərir ki, guya nədən danışdığımızı anlamır.

"Axı, bütün dünyanın gözü qarşısında Ermənistan kollektiv Qərbin erməni xalqının köklü maraqlarına tamamilə zidd olan son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir", - deyə Zaxarova yekunlaşdırıb.   

Gülayə Mecid