Ağdaş rayonunun Dəhnəxəlil kəndində ümumi sahəsi 480 m² kürsülü, ikimərtəbəli (hər mərtəbəsi 240 m²) olan 6 otaqlı evin çardağının taxta atmaları 16 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.