Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bu barədə "Unikal"a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən bildirilib. 

Qeyd olunub ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub: "O, səhhəti yaxşılaşdığından ambulator müalicə üçün evə buraxılıb".

Qeyd edək ki, ilin əvvəlində sənətçinin ölüm xəbəri yayılmışdı.