"Mançester Yunayted" (İngiltərə) və ya "Nitsa" növbəti mövsüm üçün avrokuboklardan kənarda qala bilər.

"Unikal" xəbər verir ki, UEFA-nın klub sahibliyi ilə bağlı yeni qaydasına görə, eyni sahibə məxsus klubların eyni turnirdə iştirak etmək hüququ yoxdur. “Qırmızı şeytanlar”ın yeni sahibi britaniyalı milyarder Cim Ratkliffdir. O, həmçinin Fransa Liqa-1də mübarizə aparan "Nitsa"nın sahibidir.

Əgər mövsümün sonunda hər iki komanda eyni avrokuboka vəsiqə qazansa, onlardan biri turnirdən kənarda qala bilər. Lakin komandalar fərqli turnirlərə vəsiqə qazansalar, bu halda avrokuboklarda iştirak edə bilərlər.

“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasında 6-cıdır və Avropa Liqası uğrunda mübarizə aparır. Eyni zamanda, "Nitsa" Fransa Liqa 1-də 4-cü yerdədir ki, bu da Avropa Liqasında iştirak hüququ verir.