Bu ilin ilk üç ayında iki mindən çox yeraltı təkan baş verib.

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, bu təkanlardan maqnitudası 3 və bundan yuxarı olanları barədə ictimaiyyətə məlumat verilib."Ölkə ərazisində yeraltı təkanların sayı günü-gündən artır. Lakin hazırda dağıdıcı gücə malik aktivlik müşahidə olunmur".