Rusiya ilə Moldova arasında siyasi mübarizə maksimum həddə çatıb.

"Unikal" xəbər verir ki, bunu "RİA Novosti"yə Moldova parlamentinin Qaqauz muxtariyyətini təmsil edən deputatı Aleksandr Suxodolski deyib.

"Biz görürük ki, ölkə rəhbərliyi bu gün Qərb tərəfindən təşviq edilən müəyyən sayda anti-Rusiya sanksiyalarını dəstəkləyir - bütün bunlar bizə aktiv siyasi mübarizənin maksimum mərhələsinə qədəm qoyduğunu açıq şəkildə göstərir", - Suxodolski bildirib.

Onun sözlərinə görə, Moldova hakimiyyəti Rusiya Federasiyası və MDB ölkələri, EAEU ilə münasibətləri bərpa etməyə çalışan müxalifət siyasətçiləri ilə də ciddi mübarizə aparır.

Deputat vurğulayıb ki, Kişinyov Rusiya Federasiyası ilə münasibətləri pozmaqla məşğuldur və MDB ölkələri ilə çoxlu sayda müqavilələrin pozulmasını müşahidə etmək olar.

Suxodolskinin sözlərinə görə, Moldova Qərb elitasının bütün əmr və fərmanlarını yerinə yetirir, moldovalıların əksəriyyəti isə bunun “maksimum əleyhinədir”.

Gülayə Mecid