Sumqayıtda 16 yaşlı qız itkin düşüb.

"Unikal" xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Belə ki, 2008-ci il təvəllüdlü Əbilova Nərmin Rövşən qızı yaşadığı evdən çıxıb gedib və geri qayıtmayıb.

Faktla bağlı polisə məlumat verilib.