Böyük Britaniyada fermerlər Londonun mərkəzində etiraz aksiyası keçiriblər.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, fermerlər ucuz kənd təsərrüfatı məhsullarının idxalına etiraz ediblər.

Onlar ölkəyə gətirilən kənd təsərrüfatı məhsullarının ucuz qiymətindən narazıdırlar.

Bildirilib ki, bu tendensiya yerli biznesə pis təsir göstərir.