Orskdan Moskvaya gedən sərnişin qatarı “KamAZ” markalı yük maşını ilə toqquşub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Cənub Dəmir Yolunun mətbuat xidməti bildirib ki, qəza yerinə bərpa qatarı göndərilib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Yerli nəqliyyat prokurorluğundan bildirilib ki , sözügedən yolda qatarların hərəkəti dayandırılıb.

Ağarza Elçinoğlu