Böyük Britaniyanın keçmiş baş naziri Liz Trassın Ukraynanın Rusiyaya qarşı istənilən silah və taktikadan istifadə etməsinə icazə vermək çağırışı birbaşa terrora təhrikdir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.

Qeyd edək ki, Liz Trass "Kyiv Post" qəzetinə bildirib ki, ABŞ Ukraynaya ən böyük silah və digər hərbi yardım tədarükçüsü kimi Kiyevə Rusiya ordusuna qarşı istənilən taktika və silahdan istifadə etməyə icazə verməlidir. 

Ağarza Elçinoğlu