Nərimanov Rayon Məhkəməsində 15 nəfərə ziyan vuran şəxsin məhkəməsi başlayır.

“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən Rzazadə Nicat Məlikməmməd oğlunun məhkəmə prosesinin hazırlıq iclası mart ayının 28-də hakim Gültəkin Hacıyevanın sədrliyi ilə keçiriləcək. 

Xatırladaq ki, ötən ilin mart ayında Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 8 nəfərin bank hesablarından ümumilikdə 16.702 manat pul vəsaitlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Rzazadə saxlanılıb. İbtidai İstintaq zamanı onun digər 7 nəfərə də ziyan vurduğu məlum olub. 

Azər İsrafilov