Rusiya müharibə vəziyyətindədir. 

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz müharibə vəziyyətindəyik. Bəli, bu, xüsusi hərbi əməliyyat kimi başlamışdı, lakin orada qruplaşma yaranan kimi, kollektiv Qərb Ukraynanın tərəfində iştirakçıya çevrildikdə, bizim üçün bu, artıq müharibəyə çevrildi", - deyə diplomat vurğulayıb.

Kreml nümayəndəsi qeyd edib ki, hər kəs öz daxili səfərbərliyi üçün ölkədəki mövcud vəziyyəti başa düşməlidir.

Ağarza Elçinoğlu