Uqanda prezidenti Yoveri Museveni oğlu Muhozi Kaineruqabanı ölkənin silahlı qüvvələrinin baş komandanı təyin edib. 

"Unikal" xəbər verir ki, bu barədə “New Vision” portalı məlumat yayıb.

Kaineruqaba əvvəllər ölkənin quru qoşunlarına komandanlıq edib, lakin 2022-ci ildə Keniya paytaxtını ələ keçirmək planlarını elan etdikdən sonra hakimiyyətdən uzaqlaşdırılıb. Daha sonra o, Prezidentin Xüsusi Əməliyyatlar üzrə müşaviri vəzifəsində çalışıb və eyni zamanda Uqanda Vətənpərvər Liqası Partiyasının prezidentidir.

Ağarza Elçinoğlu