Daşkəsəndə dava zamanı bir nəfər bıçaqlanıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun  mərkəzində  yerləşən binaların birinin qarşısında qeydə alınıb.

Rayon sakini 34 yaşlı - Məzahir Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Bıçaqlanan şəxsin sözlərinə görə, o tanıdığı bir neçə şəxs tərəfindən döyülüb, sonra isə bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov