Ermənistan Baş nazirinin həftə sonu baş verə biləcək müharibə ilə bağlı bəyanatının Rusiya ilə heç bir əlaqəsi yoxdur. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Zaxarova açıqlayıb. 

"Avropa İttifaqı, NATO və Vaşinqtondan yeni kuratorlar bu məsələ ilə bağlı nə etdi? Nəzərə alın ki, bu bəyanatın Rusiya ilə heç bir əlaqəsi yoxdur. Bu, indiki İrəvan hakimiyyətinin müstəsna səlahiyyətidir və onların Qərb ölkələri ilə məsləhətləşmələrinin nəticəsidir", - diplomat yazıb. 

Qeyd edək ki, Paşinyan dünən Tavuş rayonunda sakinlərlə görüşündə bildirib ki, İrəvan Sovet dövründən qalma sərhəd kəndlər-eksklavlar məsələsində Bakı ilə güzəştə getməsə, həftənin sonunda müharibə başlaya bilər.

Ağarza Elçinoğlu