Cəngəllikləri fəth etmək üçün yola çıxan rusiyalı səyyah Vladimir Kosarov Kolumbiyada yoxa çıxıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.  

Məlumata görə,  rus Cənubi və Mərkəzi Amerikanın sərhəddindəki cəngəlliyi fəth etməyə gedib - bu, dünyanın ən təhlükəli yerlərindən biridir. Kişi ilə iki aydır ki, əlaqə saxlamaq mümkün deyil. 

Bildirilir ki, səyyah sonuncu dəfə sosial şəbəkələrə yanvarın 25-də Kolumbiyanın Kapurqana şəhərində olarkən çıxıb. Oradan o,  ərazisi tropik cəngəlliklərdən və keçilməz bataqlıqlardan ibarət olan Darien Gap vasitəsilə Panamaya getməyi planlaşdırırdı. O, bu yolu iki həftəyə keçmək niyyətində idi.