2024-cü il martın 30-dan Ermənistan banklarının əksəriyyəti Rusiyanın “Mir” ödəniş sisteminin kartlarının qəbulunu dayandıracaq. 

"Unikal" xəbər verir ki, bunu VTB Ermənistan Bankının (Rusiya VTB-nin törəmə bankı) nümayəndəsi deyib. 

VTB törəmə şirkəti özü də istisna olacaq və Rusiya kartları ilə işləməyə davam edəcək: "Martın 30-dan etibarən istifadəçilər POS-terminallarda nağdsız ödənişlər həyata keçirə və respublikanın digər banklarının bankomatlarından nağd pul çıxara bilməyəcəklər". 

Ağarza Elçinoğlu