Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yaxın vaxtlarda Hindistana rəsmi səfər edəcək.

"Unikal" xəbər verir ki, bunu "The Hindu" qəzeti  məlumat yayıb. 

"Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın bu ayın sonunda Hindistana səfəri gözlənilir", - nəşr yazıb.

Mümkün səfər 2022-ci ilin fevralından bəri Ukraynanın yüksək səviyyəli rəsmisinin Hindistana ilk səfəri olacaq.

Gülayə Mecid