Bu gün Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulacaq.

"Unikal" xəbər verir ki, Azərbaycan çempionu Tovuza səfər edəcək.

Avropa Liqası ilə vidalaşan “Qarabağ” 7 oyundur uduzmayan “Turan Tovuz”un qonağı olacaq. Bu mövsüm komandalar arasında keçiriləm matçlar məhsuldar alınıb. Bakıdakı oyun “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb, Tovuzda məhsuldar heç-heçə qeydə alınıb – 2:2.

Qonşu pillələrdə qərarlaşan “Sumqayıt”la “Sabah”ın görüşü maraqla gözlənilir. Hər iki tərəf Avropa kuboklarına vəsiqə uğrunda yarışır və qələbə qazanan tərəf böyük üstünlük qazana bilər.

Qeyd edək ki, turun ilk oyunlarında “Neftçi” “Səbail”ə (3:0), “Zirə” “Kəpəz” (2:1) qalib gəlib, “Araz-Naxçıvan”la “Qəbələ” xalları yarıya bölüb (1:1).