"Beşiktaş"ın idman direktoru Samet Aybaba "Qarabağ"ın futbolçusu Olavio Juninyonun oyununu bəyənib.

"Unikal" xəbər verir ki, Türkiyənin "Fotomaç" nəşri bu iddia ilə çıxış edib.

Bildirilib ki, Avropa Liqasının 1/8 finalı çərçivəsində "Bayer" – "Qarabağ" (3:2) oyununu izləyən mütəxəssis "sambaçı"nın oyunu bəyəndiyindən onun barəsində müsbət rəy verib. Aybaba hətta qarşılaşmada 1 qol vuran Juninyonun transferini sürətləndirməyi məsləhət görüb.

"Beşiktaş"da bununla bağlı toplantı keçiriləcəyi və mövsümün sonunda 27 yaşlı hücumçunun keçidi üçün işlərə start veriləcəyi bildirilir.

Qeyd edək ki, bu mövsüm Juninyo "Qarabağ"ın heyətində meydana çıxdığı 43 matçda 23 qol və 7 asistlə yadda qalıb.