UEFA "Benfika"nı cərimələyib.

"Unikal" xəbər verir ki, bu məlumatı qurumun rəsmi saytı yayıb. Buna Lissabon təmsilçisinin Fransada "Tuluza" ilə qolsuz heç-heçə etdiyi Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda (0:0) yaşananlar səbəb olub.

Fevralın 22-də baş tutan görüşdə qonaq azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər və meydana kənar əşyalar atıblar. "Benfika" buna görə 20000 avro ödəyəcək.

Klub stadiona ziyan dəydiyi üçün əlavə 8000 avro verməli olacaq.