Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 5 otaqlı evin zirzəmisinin yanar konstruksiyaları və istifadəyə yararsız ev əşyaları 20 m² sahədə yanıb.

"Unikal" xəbər verir ki, bu barədə FHN-dən bildiorilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.