Fevralın 22-də gecə saatlarında Xətai rayonu ərazisindən “Chevrolet” markalı avtomobilin qaçırılması barədə 37-ci Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən  əvvəllər məhkum olunmuşlar Elşən Əliyev və Rüzigar Ələkbərov avtomobillə saxlanılıblar. 

Faktla bağlı araşdırma aparılır.