Sumqayıtda çanta oğurlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 20-də Sumqayıt dəmir yolu stansiyası ərazisində bir nəfərin içərisində pulu və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinən Mustafa Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.