Xankəndi şəhəri ərazisində silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 21-də Xankəndi şəhəri ərazisində 2 ədəd müxtəlif markalı avtomat silahı, 3 tüfəng, 10 ədəd qumbara, 16 patron darağı, 2950 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.