Fevralın 17-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,61 dollar və ya 0,74% artaraq 1 barelə görə 83.47 dollar təşkil edib.

"Unikal" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında 2024-cü ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 1,16 dollar və ya 1,49% artaraq 79.19 dollara yüksəlib.