Uzun müddətdir MS xəstəliyi ilə mübarizə aparan Serdar Ortaç sərxoş halda canlı yayıma çıxıb.

"Unikal" xəbər verir ki, "TikTok"da yayımlanan və spirtli içkinin təsirindən danışmaqda çətinlik çəkən Ortaç bir izləyicisinin "Tarkanistlər və Serdaristlər var"  sözünə sərt reaksiya verib.

Canlıda həmkarı Tarkanın ünvanına nalayiq ifadələr işlətməsi birmənalı qarşılanmayıb. Evdə sərxoş olduğu görünən Ortaçın siyasi açıqlamalarını və söyüşlərini eşidən qadın işçi dərhal telefonu götürərək yayımı bağlayıb. 

Serdar Ortaç son canlı yayımında isə keçmiş  "Survivor" yarışmaçısı Çağla Taşdelenlə sevgili olduğunu açıqlayıb və "Həyatımın qadınını tapdım. Çox gözəl şeylər yaşayıram" deyib.