"Little Dorrit" kitabının motivləri əsasında çəkiləcək "Asya" serialında ayrılıq yaşanıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinə Uğur Yücel, Derya Alabora, Ahsen Eroğlu vida ediblər.

Onlar çəkiliş tarixinin davamlı təxirə salınması səbəbi ilə layihədən ayrılıblar.