Dünyaca məşhur "Harry Potter" filmində baş qəhrəmanını canlandıran Daniel Redklifin sərvəti açıqlanıb.

“Unikal” xəbər verir ki, britaniyalı aktyor 11 yaşında film çəkilişlərinə qədəm qoyduğu gündən sərvəti ilə adından söz etdirməyə başlayıb. 2011-ci ildə “Harry Potter” serialının son filmində rol alan Redklif son 12 ayda sərvətini ikiqat artırıb. Məşhur aktyorun bank heasabında 16 milyon sterlinqi olduğu bildirilib.

Digər tərəfdən, aktyor və ailəsinə məxsus şirkətin sərvəti isə 3,4 milyon funt sterlinq dəyərindədir.

Zərifə Nağıyeva