Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 2023-cü il noyabrın 30-dan bəri ilk dəfə bir barelə görə 83 dolları keçib.

"Unikal" xəbər verir ki, neftin qiyməti 0,9% artaraq 83,1 dollar/barel təşkil edib.

Eyni zamanda WTI markalı xam neftin mart ayında tədarük üçün fyuçersləri 1,46% bahalaşaraq bir barel üçün 77,97 dollar olub.