Azərbaycan Mərkəzi Bankı 26 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan "Unikal"a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.8427 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0561 manat, 1 Rusiya rublu 0.0191 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.6355 manat olub.