Təbii inhisar subyektlərinin siyahısı hazırlanacaq.

"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” fərmanda əksini tapıb.

Nazirlər Kabineti 4 ay müddətində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında təbii inhisar subyektlərinin siyahısını qaydaları Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqlənməlidir.

Bu müddət ərzində təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının forması və təqdim edilmə qaydası da Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqlənməlidir.