Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  "Unikal"a verilən məlumata görə, son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 2 nəfər sağalıb.

Vəfat edən olmayıb.

 Son sutkada koronavirus (COVID-19) əleyhinə isə 40 vaksin vurulub.

Bir gündə birinci doza üzrə 14, ikinci doza üzrə 13 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 12 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfər təşkil edib.