ATA İttifaqının Türkiyə prezidentliyinə keçmiş namizədi Sinan Oğan “TRT Haber”ə qonaq olub. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki,  proqramda gündəmlə bağlı açıqlamalar verən Oğan,  aparıcının "Azərbaycan Prezidenti İlham Əliyevin zəngindən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana dəstək olmusunuz?" sualına aydınlıq gətirib:

"Bunu deyənlər türk milliyətçilərini və Azərbaycan Prezidenti İlham Əliyevi tanımırlar. İlham Əliyev mənə zəng etməyib. Ondan mənə heç bir ismarış gəlməyib. Əliyevin belə bir təşəbbüs edəcəyi ağlımın ucundan da keçməz. Könül bağı başqa şeydir. Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin daxili işlərinə qarışa bilməz”, - deyə Sinan Oğan  iddiaları yalanlayıb.

Gülayə Mecid