Həyatı Oskar mükafatlı "Son İmperator" filminin mövzusu olan Çinin son imperatoru Aisin-Gioro Puyiyə məxsus "Patek Philippe" saatı Honq Konqda keçirilən hərracda 6,2 milyon dollara satılıb.

"Unikal" xəbər verir ki, Phillips Asia Hərrac Evinin Saatlar üzrə rəhbəri Tomas Perazzi verdiyi açıqlamada, sözügedən qiymətin bir imperatora məxsus bütün qol saatları üçün "ən yüksək qiymət" olduğunu söyləyib.