"Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) dəyişim istəyirsə, ilk nöbvədə, sədr Kamal Kılıçdaroğlunu dəyişsinlər".

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank deyib.

"K.Kılıçdaroğlu bu günə qədər 11 seçkidə uduzmasına baxmayaraq hələ də partiyanın sədridir. CHP-nin rəhbəri K.Kılıçdaroğlu olduğu müddətdə bu partiyanın qalib gəlmə şansı yoxdur", - deyə nazir Varank əlavə edib.