CHP lideri və prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ikinci tur seçkilərindən əvvəl Ədalət Partiyasını ziyarət edib. 

"Unikal" xəbər verir ki, Kılıçdaroğlu Ədalət Partiyasının sədri Vecdət Öz ilə görüşüb. 

Görüşdən sonra o, Kılıçdaroğlunu şəxsən dəstəkləyəcəklərini açıqlayıb. Öz, qərarən yekdilliklə qəbul edildiyini açıqlayıb. 

Qeyd edək ki, Ədalət partiyası Sinan Oğanın namizədi olduğu ATA ittifaqının 5 partiyasından biridir: "İclasda Kılıçdaroğlunun şəxsən dəstəklənməsinə dair qərar verildi. Bu qərar yekdilliklə qəbul edildi. Seçki Türkiyənin taleyini həll edəcək. Dəstək olanlara səslənirəm. Ata Alyansı olaraq müxalifət hərəkatına dəstək verəcəyik". 

Ağarza Elçinoğlu