Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Dokerti ölkəsinin Qarabağ məsələsi ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib. 

"Unikal" xəbər verir ki, bu barədə o, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla görüşündə deyib. 

Dokertinin sözlərinə görə, Böyük Britaniya hərtərəfli sülhü mümkün qədər tez görmək istəyir: "Biz bu istiqamətdə Aİ və ABŞ-ninn mövqeyini bir daha gücləndiririk. Biz Ermənistanla Böyük Britaniya arasında əməkdaşlığı gücləndirməyə çalışırıq. Bu ilin ikinci yarısında baş tutacaq strateji dialoqun başlandığını elan etməkdən məmnunam. Bu, əməkdaşlığımızın sərhədlərini genişləndirəcək, ümid edirik ki, müsbət qavrayış olacaq".

Nazirin sözlərinə görə, Azərbaycanla münasibətlər Böyük Britaniya üçün vacibdir: "Lakin biz həmişə açıq-aydın bildirmişik ki, davam edən münaqişə davamlı sülhə gətirib çıxara bilməz. Biz sabit sülh istəyirik və buna yalnız masa ətrafında nail ola bilərik. Biz tərəflərə təsir göstərməyə, bu məsələni yekunlaşdırmağa çalışacağıq". 

Ağarza Elçinoğlu